https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Zirə" texniki məğlubiyyət aldı

"Zirə" texniki məğlubiyyət aldı
Topaz Premyer Liqasında mübarizə aparan “Zirə” klubunun əvəzedici komandası gözlənilən cəzaya məruz qalıb.

525.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, V turda “Rəvan”la matçda yaş limitini pozan paytaxt klubuna İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilib.
 
Əsasnaməyə uyğun olaraq, komandaların heyətində meydançada 8 nəfərdən az olmayaraq 1994-cü il və ya daha gənc təvəllüdlü (Azərbaycan vətəndaşı) futbolçular daxil edilməlidi. Ancaq “Zirə”nin bolqarıstanlı baş məşqçi Kamen Vasilyev onlardan birini “ixtisar”a salaraq, limiti pozub. Bu isə 1:0 hesabı ilə qalib gələn “Zirə”yə texniki məğlubiyyət bahasına başa gəlib.
 
Bununla yanaşı, “Rəvan”la oyunöncəsi iclasda “Zirə”nin nümayəndəsi iştirak etmədiyi üçün klub 1000 manat məbləğində cərimə olunub.
 
Qeyd edək ki, “Zirə” 4 matçdan 7, “Rəvan” isə 6 xal toplayıb.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.