https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Van Persidən baş məşqçisinə hörmətsizlik

Van Persidən baş məşqçisinə hörmətsizlik

“Fənərbaxça”nın futbolçusu Robin van Persi ilə baş məşqçisi Vitor Pereyra arasında narazılıq yaşanıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, superliqanın son turunda “Bursaspor”la oyunun start heyətində yer almaması hollandiyalı hücumçunun kəskin etirazına səbəb olub.

Matçın 77-ci dəqiqəsində Pereyra   Van Persini meydana buraxmaq üçün yanına çağırıb. O, ulduz futbolçuya təlimat vermək istəyərkən Van Persi əl işarəsi ilə onsuz da köməkçi məşqçilərdən tapşırıqlar aldığını bildirib.

Oyundan sonra portuqaliyalı mütəxəssisin paltardəyişmə otağında futbolçularla söhbəti zamanı Van Persi ona etiraz əlaməti olaraq duş qəbul etməyə yollanıb.

Pereyra isə Van Persinin hərəkərlərinə belə münasibət bildirib: “Mən heyəti rəqibə görə qururam. Kim daha yaxşı formada olursa, ona şans verirəm. Mənim üçün ulduz və ya gənc futbolçunun  bir fərqi yoxdur. Hər kəs  qərarlarıma tabe olmalıdır”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.