https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

“Barselona”dan Ardaya görə daha bir müraciət

“Barselona”dan Ardaya görə daha bir müraciət

“Barselona” yeni transferi Arda Turanın qarşıdakı La Liqa matçlarında oynamasına razılıq almaq üçün İspaniya Futbol Federasiyasına müraciət edib.

Qol.Az-ın “Hürriyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi daha sonra FİFA-ya müraciət etmək niyyətindədir. Qəzet yazıb ki, “Barsa”nın bununla bağlı əvvəli müraciətini rədd edən dünyanın ali futbol qurumunun bu məsələdə mövqeyi artıq yumşalıb. Güman olunur ki, FİFA bu dəfə kluba güzəştə gedəcək.

Xatırladaq ki, FİFA-nın “Barselona”ya transfer cəzası səbəbindən Arda Turanın transferi bu qurum tərəfindən 2016-cı ilin yanvarında təsdiq olunmalıdır. Yalnız bundan sonra türk futbolçu “Barselona”da oynaya biləcək.

Lakin “Barselona”nın yarımmüdafiəçisi Rafinya zədələnərək uzun müddətə sıradan çıxdıdığından “Barselona” Ardanın builki matçlarda çıxış etməsi üçün yenidən yerli futbol federasiyasına müraciət ünvanlayıb. Yekun sözü isə FİFA deməlidir.

Qeyd edək ki, FİFA tərəfindən Ardayla bağlı müraciətə yaxın 10 gün ərzində cavab verilməlidir. Cavab müsbət olsa, bu halda Arda artıq oktyabrın 4-ü “Raye Valyekano” ilə oyunda iştirak edə biləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.