|
|
|
|

Azərbaycan Premyer Liqasının 6-cı turunda “Qarabağ” öz meydanında “Neftçi”ni qəbul edəcək. Ağdam klubu ev oyununu Suraxına yeni inşa olunan stadionunda keçirə bilər.
Qol.Az-a açıqlamasında PFL-in mətbuat və ictimiayyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev xəbəri təsdiqləyib.
Onun sözlərinə görə, “Qarabağ” sözügedən matçın Suraxanıdakı stadionda keçirilməsi ilə bağlı PFL-ə müraciət edib:
“Ancaq hələlik bununla bağlı PFL-dən “Qarabağ”a cavab verilməyib. Bu gün stadiona baxış keçiriləcək. Bundan sonra stadionun oyuna hazır olub-olmadığı məlum olacaq. Həmçinin, oyunların yayım hüququ “CBC Spot” kanalına məxsus olduğu üçün onlar da stadiona baxış keçirməlidir”.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu sentyabrın 26-da keçiriləcək.



