https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Dieqo Kosta cəzalandırıla bilər

Dieqo Kosta cəzalandırıla bilər

"Çelsi"nin hücumçusu Dieqo Kosta cəzalana bilər.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna ispaniyalı futbolçunun "Arsenal"la Premyer Liqa matçında etdiyi hərəkətlər səbəb olub.

Kosta London derbisində rəqibini təxribata çəkməsi ilə diqqət çəkib. Nəticədə "Arsenal"ın futbolçusu Qabriel meydandan qovulduğu halda Kostanın yalnız sarı vərəqə ilə cəzalandırılması İngiltərə Futbol Federasiyasının diqqətindən yayınmayıb.
 
Federasiya həmin epizodda yaşananlarla bağlı videogörüntüləri Nizam-İntizam Komitəsinə təqdim edib. Kostanın etdiyi hərəkətlərə görə 3 oyunluq cəzalandırılacağı gözlənilir. "Arsenal" isə meydandan qovulan futbolçusu Qabriel 3 oyunluq cəza almasına etiraz etməyi planlaşdırır.

Qeyd edək ki, matçın 43-cü dəqiqəsində Kostanın rəqib müdafiəçi Loren Koselniyə əl-qol hərəkətlər etməsindən sonra digər "Arsenal"lı futbolçu Qabriel buna müdaxilə edib. Bundan sonra etdiyi hərəkətləri ilə Qabrieli də qıcıqlandıran Kosta rəqibinin meydandan qovulmasına səbəb olub. Görüş isə 2:0 hesabı ilə "Çelsi"nin xeyrinə başa çatıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.