https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

“Qonaqlıq qüvvədə qalır”

“Qonaqlıq qüvvədə qalır”
“Zenit”in heyətində Halk, Qaray və Vitsel bizə qarşı forma geyinməyəcəklər. Əgər rəqib tam heyətlə gəlsəydi, Tverdə futbolun inkişafı və populyarlaşması üçün daha yaxşı olardı. Meydana qarışıq heyətlə çıxsalar, açıq futbol oynamaq imkanımız yaranacaq”.

Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın II divizion klubu “Volqa”nın baş məşqçisi Emin Ağayev deyib.
 
Tver təmsilçisi Azərbaycan yığmasının sabiq futbolçusunun rəhbərliyi altında Rusiya Kubokunda “Baltika”nı mübarizədən kənarlaşdıraraq, 1/16 final mərhələsinə yüksəlib. Burda isə “Volqa”nın rəqibi Rusiyanın son çempionu “Zenit” olacaq.
 
Rusiya mətbuatına müsahibə verən Ağayev Sankt-Peterburq təmsilçisi ilə görüşə adi qaydada hazırlaşdıqlarını bildirib: “Biz bütün oyunlara eyni cür hazırlaşırıq. Odu ki, rəqibin “Zenit” və ya başqası olmasının heç bir fərqi yoxdu. Rəqibin heyətindəki legionerlər bizi qorxutmamalıdı. Mən futbolçu karyeram ərzində Dannidən də güclü əcnəbilərlə qarşılaşmışam”.
 
1/32 finalda “Baltika”dan üstün olduqdan sonra futbolçulara qonaqlıq söz verən həmyerlimiz hələlik sözünü yerinə yetirməyib. Ağayev qeyd edib ki, bunun üçün “Zenit”lə görüşü gözləməlidilər: “Baltika” ilə oyundan sonra futbolçulara onları restorana aparacağıma dair söz vermişdim. Sözüm qüvvədə qalır. Sadəcə, “Zenit”lə görüşü gözləyirik. Bu oyunun necə nəticələnəcəyindən asılı olmayaraq, matçdan sonra futbolçuları restorana aparacam”.
 
“Volqa”da nə qədər fəaliyyət göstərəcəyini bilməyən Ağayev 2 məşqçini özünə müəllim sayır: “Məşqçilikdə 2 nəfəri özümə müəllim hesab edirəm: Hacı Hacıyev və Boris İqnatyevi. Məşqçiliyə başlayanda ilk olaraq, Hacı Hacıyevlə məsləhətləşdim, onun rəhbərliyi altında kurslar keçdim. Boris İqnatyev isə mənə oyun quruluşunu və futbolçularla ünsiyyət qurmaq qaydasını öyrətdi. O ki qaldı “Volqa”ya, bəli, bu komandanın baş məşqçiləri tez-tez dəyişir. Mənim bu postda çox qalıb-qalmayacağımı bilmirəm. Onu klub prezidentindən soruşsanız, yaxşıdı”.
 
Qeyd edək ki, “Volqa” “Zenit”lə ilk görüşü bu gün keçirəcək.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.