|
|
|
|

“Fənərbaxça”nın baş məşqçisi Vitor Pereyra ilə futbolçusu Robin van Persi arasında yaşanan gərginlik aradan qalxıb.
Qol.Az-ın məlumatına görə, ötən gün məşq zamanı tərəflər söhbət edib və bir-birinin əlini sıxaraq işlərinə davam ediblər.
Pereyra Van Persiyə onun oyunundan razı olduğunu bildirib və əlavə edib ki, hər kəs baş məşqçinin qərarlarına hörmətlə yanaşmalıdır. Van Persi isə öz növbəsində etdiyi hərəkətin düzgün olmadığını deyərək baş məşqçisindən üzr istəyib.
Xatırladaq ki, hollandiyalı hücumçu “Bursaspor”la oyunda meydana start heyətdə çıxmadığı üçün Pereyraya kəskin etiraz etmişdi.



