Əməkdar artist Gülnar Salmanova dünyasını dəyişib.
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, G. Salmanova ilə vida mərasimi sabah saat 11:00-da Arif Heydərov küçəsi 25 ünvanında yerləşən mənzilində keçiriləcək:
"Dövlət Musiqili Teatrının rəhbərliyinin müraciəti əsasında əməkdar artist Gülnar Salmanova şəhər qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasimində Mədəniyyət vəTurizm Nazirliyinin əməkdaşları, teatrın kollektivi iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi adından mərhumun yaxınlarına və əzizlərinə başsağlığı veririk. Allah rəhmət eləsin".
Qeyd edək ki, G. Salmanovanın vəziyyəti oktyabrın 19-da ağırlaşıb. O, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin köməkliyi ilə Sabunçu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Aktrisa xərçəng və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi.