Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yubiley gecəsi oktyabrın 29-da Heydər Əliyev Sarayında təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan prezident İlham Əliyev “Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2015-ci il tarixli Sərəncam imzalayıb.