Cənub Qaz Dəhlizi üzrə Azərbaycanın ilk qazı Türkiyəyə 2018-ci ilin iyununda çatacaq.
Trend-in məlumatına görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol Bakıda keçirilən Xəzər Texniki Konfransında deyib.
Onun sözlərinə görə, TANAP-ın tikintisi üzrə işlər tam sürətlə gedir:
"TANAP layihəsinin əsaslı xərcləri 9,5 milyard dollar təşkil edir. Cənub Qaz Dəhlizi üzrə Azərbaycanın ilk qazı Türkiyəyə 2018-ci ilin iyununda, həmin dəhliz üzrə isə Avropaya 2020-ci ilin əvvəlində çatacaq".