Rusiyada nəşr edilən “Literaturnaya qazeta”nın 6 noyabr tarixli nömrəsində filologiya elmləri doktoru, professor Nizami Tağısoyun İsaxan İsaxanlının yaradıcılığı haqqında “Tükənməyən mənbə” (“Neisyakayemıy istoçnik”) adlı məqaləsi dərc olunub.
Xəzər Universitetindən AZƏRTAC-a bildiriblər ki, məqalədə İ.İsaxanlının Sergey Yeseninin poeziyasına aid tədqiqatlarından bəhs edilir.