Noyabrın 25-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Cəfər Cabbarlı mükafatının builki laureatlara təqdimatı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı və C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyinin layihəsi əsasında gerçəkləşib.
2015-ci ilin Cəfər Cabbarlı mükafatına Xalq yazıçısı Elçin, kinorejissor Oqtay Mirqasımov, teatrşünas Məryəm Əlizadə, Xalq artisti Zərnigar Ağakişiyeva, Türkiyənin Fırat Universitetinin professoru Ercan Alkaya və filologiya elmləri doktoru, professor Elman Quliyev layiq görülüb.
Bu mükafat ilk dəfə C. Cabbarlının Ev Muzeyinin layihəsi olaraq 2001-ci ildə təsis edilib.
Mükafat böyük yazıçının irsinin səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim olunub.