|
|
|
|
“Yeni Söz” ədəbi yaradıcılıq müsabiqəsi baş tutmayıb.
Bu barədə 525.az-a müsabiqənin təsisçisi olan Tərcümə Mərkəzindən bildirilib. Mərkəzdən verilən məlumatda deyilir:
"“Yeni Söz” ədəbi yaradıcılıq müsabiqəsinə qatılanların nəzərinə!
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin, gənc yazarlara diqqət və qayğının artırılması, Azərbaycan dilində yazılmış ən yaxşı bədii nümunələrin dünya oxucusuna çatdırılması məqsədi ilə təsis etdiyi “Yeni Söz” ədəbi yaradıcılıq müsabiqəsi təqdim olunan əsər sayının azlığı, nümunələrin müvafiq tələblərə cavab verməməsi səbəbindən bu il baş tutmamış elan olunur".
Cavid QƏDİR