|
|
|
|
“Mütərcim” ədəbi, elmi, tərcümə jurnalının yeni - 45-ci buraxılışı bu günlərdə işıq üzü görüb.
Bədii tərcümə istiqamətində ixtisaslaşmış dərgi bu sayında da dünya ədəbiyyatından nümunələrin orijinaldan dilimizə tərcümələrinə, həmçinin müasir Azərbaycan şair və yazıçılarının əsərlərinin çevirmələrinə geniş yer ayırıb.
“Bədii tərcümə” rubrikasında ingilis ədəbiyyatından U.S.Moyemin “Təmənnalı izdivac”, tanınmış Misir yazıçısı İ.Ə.Qüddisin “Dilənçilərin portreti”, çex yazıçısı C.Strnadelin “Əklil”, polyak yazıçı S.Lemin “Korkoran özünü allah hesab edir” hekayələrinin və məşhur Livan şairi M.Nuaymənin şeirlərinin tərcümələri öz əksini tapıb. Azərbaycan yazıçı və şairlərin əsərlərinin rus dilinə yeni tərcümələri (K.Abdullanın “Tayna tayn vremen”, R.Əkbərin “İndikator sovesti”, “Usı, usiki, usihi”, S.Alışarlının “Broker xançalov”, N.Əbdülrəhmanlının “Baboçka”, Yaşarın “Qrob”, O.Fikrətoğlunun “Tayna drakona”, “Çelovek veter”, E.Başkeçidin “Velosiped”, Pərvinin “Ə... Son... Ray...”, M.Ağaoğlunun “İzobrajenie imama” hekayələri, V.Bəhmənli, Ə.Ol, S.Babullaoğlu, S.Vəliyeva, A.Yaşar, R.Tağızadə, Z.Əzəmət, Xanəmir, D.Sevgin, K.Həsənqulu, Qismət, F.Hüseynin şeirləri) oxuculara təqdim edilib.
“Elmi-filoloji” tərcümə rubrikasında A.Hacıyevin “Əsəbi mərhələnin və şəxsiyyətin portreti: qəribə adamın xatirələri” məqaləsi və İlya Erenburq yaradıcılığından “İnsanlar, illər, həyat” xatirələrinin tərcüməsi verilib.
Tərcümə sənətinin problemlərinə həsr olunan “Tərcümə məsələləri” bölməsində peşəkar tərcüməçilərdən K.Nəzirlinin “Tərcümə mətnlərində ad problemi”, V.Nağıyevin “Tərcümənin bəzi problemləri”, V.Qənbərovun “Tərcümə haqqında düşüncələr”, T.Cəfərovun “Razmışleniə nad romanom S.Rustamxanlı “Vosxojdenie na plaxu” i uqo russkim perevodom” məqalələri, “Tənqid və ədəbiyyatşünaslıq” rubrikasında Ə.Mirzallının “Biz niyə oxuyuruq” məqaləsi təqdim olunub.
Dərgidə həmçinin S.Kəlbixanlının “Qoca çinarın naləsi” hekayəsi, Böyük Britaniya və ABŞ-da ingilis dilində nəşr olunmuş V.Sultanlının “Ölüm yuxusu” və “Müasir Azərbaycan qadın ədəbiyyatı” kitabları haqqında yazılar da işıqlandırılıb.