Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəzdində fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin yeni üzvlərinin ilk toplantısına hazırlıq gedir.
Bu, Gənc Ədiblər Məktəbinin 3-cü fəaliyyət dönəmidir.
Əvvəlki müdavimlərin bir hissəsi AYB-yə üzv olub, gənc yazıçılar üçün nəzərdə tutulan təqaüdə layiq görülüb. Bu dəfə Gənc Ədiblər Məktəbinə də maraq xeyli böyükdür.
Artıq 50-yə yaxın gənc Məktəbin toplantılarında iştirak üçün müraciət edib.
“Gənc Ədiblər Məktəbi-3”ün ilk toplantısı yanvarın 22-də saat 14-də AYB-nin Natəvan klubunda keçiriləcək.
Məktəbin rəhbəri AYB katibi Rəşad Məcid, yeni dönəmdəki koordinatoru gənc yazar Müşfiq Şükürlüdür.
Məktəbin fəaliyyətində iştirak etmək istəyən yaradıcı gənclər toplantıya dəvətlidir.