Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda metro tikintisində baş verən yanğınla bağlı məlumat yayıb.
525.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakının Nəsimi rayonunda tikilməkdə olan metro stansiyaya məxsus fəhlələrin soyunub-geyinmə üçün nəzərdə tutulmuş ümumi sahəsi 67 kv.m olan (hər birinin sahəsi 22,5 kv.m) 3 ədəd vaqonun lambirdən ibarət üzlükləri və digər vaqonun yanar konstruksiyaları qismən yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 22:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.