SOCAR sıxılmış təbii qazla (LNG) treydinqi inkişaf etdirmək niyyətindədir.
"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
SOCAR prezidenti bildirib ki, onun rəhbərlik etdiyi şirkət Maltada LNG-terminalın tikintisinə investisiya yatırır.
Öz növbəsində SOCAR-ın marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, şirkət Maltada elektrik enerjisi stansiyasının tikintisini maliyyələşdirir.
"LNG bazardan alınacaq. Üstəlik, biz LNG ilə işləmək perspektivimizi Şimali Afrika ölkələrin olan Burkina-Faso, Toqoda inkişaf etdiririk", - deyə E. Nəsirov əlavə edib.