|
|
|
|
“Bakıda yeni tikinti layihəsi həyata keçiriləcək".
“Report” xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov sahibkarlarla görüşündə deyib.
O bildirib ki, Bakının bütün doqquz mikrorayonunda bəzi 5, 7 və 9 mərtəbəli köhnə binaların yerinə yeni binaların tikilməsi ilə bağlı konsepsiya hazırlanıb:
“Həmin binalarda yaşayan sakinlər yeni mənzillərə köçürüləcək. Tikinti şirkətlərinə bu layihədə iştirak etmələri tövsiyə olunur”.