
Vergi Məcəlləsində bina tikintisinin fəaliyyəti ilə bağlı dəyişikliklərə əsasən tikinti şirkətləri vergiödəmə metodu kimi sadələşdirilmiş və digər vergi metodunu seçməlidirlər.
Məcəlləyə görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir:
"Bina tikintisi ilə məşğul olan hüquqi və fiziki şəxslər tikəcəkləri binanın yaşayış sahəsinin hər kvadratmetrini əvvəlcə 45 manata, daha sonra Bakı şəhəri, onun qəsəbə və kəndləri, respublikanın digər şəhər və rayonları üçün müəyyənləşdirilmiş müvafiq əmsala vuraraq, yaşayış sahəsi üçün sadələşdirilmiş vergini hesablayacaqlar".
Tikilən binaların qeyri-yaşayış sahəsi üzrə sadələşdirilmiş vergidə qeyd olunan qaydaya uyğun olaraq məbləğ 1,5 əmsalı tətbiq edilərək hesablanıb.
Vergi Məcəlləsinin bina tikintisi ilə məşğul olanlar üçün vergitutma obyektini müəyyən edən 219.3-cü maddəsinin yeni redaksiyasında bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olunub:
"Tikilən binaların yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyekti hesab edilərək vergiyə cəlb olunub".
Aysel XIDIROVA



