|
|
|
|
Azərbaycanda səfərdə olan TRT telekanalının təmsilçiləri Mətbuat Şurasında (MŞ) olublar.
Şuradan APA-ya verilən məlumata görə, görüşdə TRT AVAZ-ın baş koordinatoru Murad Akkoç, qurumun proqram rəhbəri Gökçən Oğan və TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Yıldıray Arslan iştirak edib.
Görüşdə Xocalı faciəsinin Azərbaycan və Türkiyə mediasında işıqlandırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Xocalı faciəsinin bəşəri cinayət kimi dünya ictimaiyyətinə çatdırılması Azərbaycan və Türkiyə jurnalistlərinin əsas vəzifələrindəndir: “Bu faciə türk dünyasının faciəsidir. Ümumən bütövlükdə insanlıq əleyhinə olan vandalizm aktıdır. Hər iki ölkənin mediası məsələyə məhz bu aspektdən yanaşmaqla dünyada oxşar proseslərin gələcəkdə baş verməməsi üçün nələr edilməli olduğunu düşünməlidir. Buna görə də ancaq yorulmadan təbliğat aparmaq lazımdır. Erməni millətçiləri, separatçı dəstələri tarixin müxtəlif dövrlərində dinc türklərə qarşı soyqırımılar həyata keçiriblər. Təəssüf ki, dünyaya çatdırılan ermənilərin məzlum xalq görüntüsüdür”.
Qonaqlar Azərbaycana səfərdə məqsədin də məhz Xocalı həqiqətləri barədə süjet və reportajların hazırlanmasından ibarət olduğunu bildiriblər.