|
|
|
|
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənc Muhasiblər İctimai Birliyi “Regionlarda təhsil imkanları olmayan gənclər üçün müxtəlif sahələr üzrə peşə təlimlərinin təşkili” adlı layihəsini həyata keçirir.
Layihənin məqsədi Azərbaycanin regionlarında yaşayan təhsilsiz və işsiz gənclərin peşə sahiblərinə çevrilməsi və işlə təmin olunması,həmçinin ölkənin əmək bazasında peşə sahələri üzrə mütəxəssislərə olan tələbatın qarşılanmasına töhfə verməkdən ibarətdir.
Həmçinin peşə sahələri üzrə bilik və bacarıqların artırılması üçün gənclərə texniki peşə yönümlü təlimlərin yüksək ixtisaslı mütəxəssis heyəti tərəfindən aparılması müəyyən edilib.
Təlimlər saç ustası (kişi, qadın), kosmetoloq, toxuculuq, xalçaçılıq, tikiş, dayə, telefon ustası, kompüter ustası (İT servis), avtomobil təmirçisi, dülgər və yerli tələbata uyğun olaraq digər peşə sahələri əhatə edəcək.
Təlimlərdə fəaliyyətlərin nəzəri tərəfləri ilə yanaşı praktiki tərəfləri də diqqətdən yayınmayacaq.Təlim keçmiş gənclərin işlə təmin olunmasına imkan yaradılacaq.
Layihə Gəncə və Qəbələ şəhərlərində 6 ay müddətində davam edəcək.



