Bu ilin aprelin 24-dən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) İsrailin paytaxtı Təl-Əvivdən Nyu-Yorka uçuşlara başlayır.
"APA-Economics" xəbər verir ki, uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək. Uçuşların birbaşa deyil, Bakının Heydər Əliyev adına beynəlxalq hava limanında 2 saat dayandıqdan sonra yerinə yetirilməsi planlaşdırılır.
Biletlərin qiyməti 700 ABŞ dollarından etibarən başlayır.