Maliyyə Bazarlarına Nəzarət Palatasının problemli kreditləri artan və aktivlərinin keyfiyyəti pisləşən banklara münasibətdə ayrıca proqramı var.
"APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
"Banklar qısamüddətli likvidlik problemi ilə üzləşərsə, biz bu situasiyanı göz altına almışıq. Hökumət o banklara likvidliklə bağlı yardım etməyə planlaşdırır.
Bilirsiniz ki, "Bank Standard" üzləşdiyi belə bir problemi həll etmək üçün çox təcili qaydada yardım olundu".