Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Akademiyanın magistraturasının boş qalan plan yerlərinə qəbul olanlara müraciət edib.
APA-nın Akademiyanın saytına istinadən verdiyi xəbərə görə, AMEA-nın magistraturasının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 16-dan avqustun 25-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) AMEA prezidentinin adına ərizə, şəxsiyyət vəsiqəsinin əsli və surəti, bakalavr diplomunun əsli və surəti (2016-cı ilin məzunları ali təhsil müəssisəsini bitirmək haqqında arayış təqdim etməlidirlər) və 3x4 sm ölçüdə yeni çəkilmiş 4 ədəd fotoşəkili təqdim etməklə AMEA-da qeydiyyatdan keçməlidirlər.
Bildirilib ki, yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcək.