|
|
|
|
2004-cü il. Kiyevdə, Ukrayna Ali Radasının binasında GUAM ölkələri Parlament Assambleyasının təsis iclası keçirilib.
Tədbirdə Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna parlamentlərinin rəhbərləri tərəfindən GUAM-ın Parlament Assambleyasının yaradılması haqqında Bəyannamə və bu qurumun Parlament Assambleyasının prosedur qaydaları haqqında Əsasnamə imzalanıb.
1928-ci il. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, SSRİ-nin Xalq artisti, “Şöhrət” ordenli Firəngiz Əhmədova anadan olub (1928-2011).
F.Əhmədova Azərbaycan, Rusiya və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış edib.
O, M.Maqomayevin “Nərgiz” operasında Nərgiz, “Şah İsmayıl”da Gülzar, Ü.Hacıbəylinin “Koroğlu” operasında Nigar, F.Əmirovun “Sevil” operasında Sevil, S.Ələsgərovun “Bahadır və Sona” əsərində Sona, C.Verdinin “Aida”sında Aida kimi əsas rolları, Azərbaycan və klassik rus bəstəkarlarının romanslarını sənətkarlıqla ifa edib.
F.Əhmədova “O olmasın, bu olsun” (1956), “Sevil” (1970) bədii və “Konsert” (1961), “Azərbaycan elləri” (1976), “Firəngiz Əhmədova” (2003) sənədli filmlərində iştirak edib.
1846-cı il. Alman astronom İohan Qalle tərəfindən Günəş sisteminin səkkizinci planeti olan Neptun kəşf edilib.
Günəşdən çox aralıda yerləşən, yaşıl-göyümtül rəngdə olan bu planetin üz qabığı maye metan okeanı ilə örtülüdür. Maksimum uzunluğu dörd milyard kilometr olan planet Günəşin ətrafında 165 ildə bir dövrə vurur. Bu göy cisminin səthində temperatur - 210 dərəcəyə qədər enir. Neptunun səkkiz peyki var.
AzərTAc