https://525.az/img/pics/medium/2024-05/312916_nxmkeus5vg.jpg “525-ci qəzet”in 8 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-05/312904_in59prssad.jpg Musiqi mədəniyyətimizin unudulmaz nümayəndəsi
https://525.az/img/pics/medium/2023-02/257825_fkw0ywfftr.jpg Fəhləlikdən elmin zirvəsinə doğru
https://525.az/img/pics/medium/2023-05/266810_fkv2yyen6x.jpg Mətbuat tariximizin tədqiqinə dəyərli töhfə - Nəsiman Yaqublu yazır
search
8 May 2024
7 May 2024
20:39

"Qarabağ"dan rekord, "Qəbələ"dən antirekord

"Qarabağ"dan rekord, "Qəbələ"dən antirekord

Azərbaycan 2012-ci ildən təmsil olunduğu Avropa Liqasının qrup mərhələsində 4-cü qələbəsini qazanıb.

525.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu, yenə "Qarabağ"la gerçəkləşib. Qurban Qurbanovun komandası Yunanıstanda PAOK-a 1:0 hesabı ilə qalib gəlməklə rekord müəyyənləşdirib.
Məsələ ondadır ki, indiyədək qrupda 2 qələbəmiz olmamışdı. Buna ilk nail olan "Qarabağ"ın əvvəki 2 qələbəsi hərəsi 1 mövsümdə olub. Bu, debütdə Kiyevdə "Dnepr", sonrakı mövsümdə Bakıda "Anderlext" üzərində 1:0 hesabı ilə olub.

Qrupda digər təmsilçilərimizdən "Neftçi" ilə "Qəbələ"nin qələbələri yoxdur. "Ağ-qaralar" yeganə mövsümündə qrup matçlarının yarısında heç-heçə edib, yarısında uduzub. Roman Qriqorçukun komandası isə ötən mövsümdə olduğu kimi 4-cü məğlubiyyətini alıb. Özü də bu dəfə ardıcıl olub. Qrupdan çıxmayacağı artıq rəsmiləşən "qırmızı-qaralar" məğlubiyyət sayında öz antirekordunu təkrarlayıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.