Dərinsulu Günəşli platforması yaxınlığında sudan insan meyiti çıxarılıb.
Bu barədə "APA-Economics"ə Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən məlumat verilib.
"Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən meyid çıxarılıb. Meyit sahilə gətirilib və müvafiq hüquq mühafizə orqanlarına təhvil verilib", - deyə məlumatda vurğulanıb.
Bundan öncə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Facebook" sosial şəbəkəsində yazıb ki, itkin düşən şəxsin adı Qalib Hacıyevdir. Sosial şəbəkə istifadəçilərindən biri qeyd edib ki, Q. Hacıyev "KCA-Deutag" şirkətinin əməkdaşıdır.