Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında yanğına qarşı taktiki-xüsusi təlim keçirir.
FHN-dən 525.az-a verilən məlumata görə, Yanğından Mühafizə Xidmətinin nazirliyin digər qurumlarının iştirakı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında yanğına qarşı taktiki-xüsusi təlimi noyabrın 14-də saat 10:00-dan 12:00-dək davam edəcək.