Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Tağızadə və Zakir Mustafayev son söz deyiblər. Onlar günahsız olduqlarını bildiriblər.
Abbas Quliyev və Fuad Qəhrəmanlı isə son söz üçün məhkəmədən vaxt istəyiblər.