AMEA nəzdində Respublika Sesysmoloji Xidmət Mərkəzi (RSXM) Bakıda vulkan püskürməsi ilə bağlı məlumat yayır.
APA-nın qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, fevralın 6-da yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də RSXM-nin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda-Qaradağ rayonu ərazisində 2 vulkan püskürməsi qeydə alınıb.
1-ci vulkanın davam etmə müddəti 3 dəq 23 san, 2-ci vulkanın davam etmə müddəti 6 dəqiqə olub.