Suriya hökuməti ABŞ-ın raket zərbələrinə rəsmi münasibətini açıqlayıb.
APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, Suriyanın informasiya naziri zərbələri məhdud və gözlənilən adlandırıb. O, gərginliyin artması üçün əsas görmədiyini bildirib.
Xatırladaq ki, ABŞ-ın Aralıq dənizindəki "USS Porter" və "USS Ross" gəmilərindən Əsəd ordusuna məxsus Şayrat hərbi hava bazasına zərbə endirilib. Ümumilikdə aviabazaya 59 ədəd "Tomahavk" raketi atılıb.