|
|
|
|
Gənclər Fondunun maliyyə, “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Rəqs et!” layihəsi keçiriləcək.
“İrəli”dən verilən məlumata görə, Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Elvin Səhətbəylinin rəhbərliyi ilə həyata keçirilən layihə Azərbaycanda yerli və xarici rəqslərin təbliğinə yönəlib.
Layihə çəçivəsində müxtəlif rəqslərdən ibarət video-çarx hazırlanacaq. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, layihənin əsas məqsədi yaradıcı gənclərin cəmiyyətə tanıdılmasıdır.
C.ABASOV