İyunun 25-də Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi S.Vurğun küçəsindəki evlərdən birində yaşayan Nübar Nobatəliyevanın evinə gəlmiş qohumu, əvvəllər məhkum olunan Habil Həsənov arasında münaqişə baş verib.
525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu zaman H.Həsənov ov tüfəngindən atəş açaraq Nübarı qətlə yetirib və hadisə yerindən qaçıb.
Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Həsənov tutulub və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngi və 24 ədəd patron ondan götürülüb.