Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin "N" saylı hərbi hissəsində 19 yaşlı əsgər Sünnət Kübar oğlu Dədəyev tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində ayağından yaralanıb.
Faktı Trend-ə Müdafiə Nazirlyinin mətbuat xidmətindən təsdiqləyiblər.
Məlumata görə, yaralı hazırda hərbi hospitaldadır və müvafiq müalicə alır.
Əsgər Dədəyevin Saatlı rayonundan həqiqi hərbi xidmətə çağırıldığı bildirilir.