|
|
|
|
Sabah - aprelin 3-də "525-ci qəzet" A3 formatında, ənənəvi həftə sonu nömrəsinə uyğun çap olunacaq.
“525-ci qəzet”in 3 aprel buraxılışında dərc ediləcək yazıların ANONSunu təqdim edirik:
- "Mənim peşəm dərd çəkməkdir" - Xalq yazıçısı Anar Nisə Bəyimin poeziyasından danışır;
- "Qələmsiz yazılanlar" - Rəşad Məcidin "Facebook" statuslarından seçmələr
- "Elçin və ədəbi cərəyanlar" - Sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixardan Xalq yazıçısının yaradıcılığına akademik baxış;
- "Talesizlərin taleyi və ya "Mən öləndə ağlama" - Şahanə Müşfiq yazıçı-dramaturq Pərvinin son səhnə əsərindən yazır;
- "Köksüz münasibət və dibi tutmayan ağac" - Türkan Turan yenə insan hislərindən danışır;
- "Elçin Hüseynbəylinin Qarabağ hekayələri" - Vaqif Yusiflidən tənqidçi rəyi;
- "Ona da şeiri yazdıran var..." - AYB-nin Qazax bölməsinin sədri, şair Barat Vüsal qələm dostu Şöhlət Əfşarın yaradıcılığına işıq salır;
- "Cəfər Cabbarlı dramaturgiyası - Sənətkar dünyagörüşünün ziqzaqları" - Təyyar Salamoğlu böyük mütəfəkkirdən söz açır;
- "Vurğun ilhamlı, Müşfiq kimi zərif" - İntiqam Mehdizadə mərhum şair Rəhim Rəvanı xatırlayır;
- "Uşaqlarınızı necə böyüdürsünüz?" - Anzulə Pərvizqızı üzünü valideynlərə tutur;
- Haruki Murakaminin debüt romanı - "Norveç meşəsi" - Gülnar Yunusova dünya şöhtrətli yazıçının ən məşhur əsərini təhlil edir;
- "Sözün diksinən yaddaşı" - Kənan Hacı İntiqam Yaşarın şeiriyyatından söz açır;
- "Bir kitab - bir insan..." - Aysel Əsədova mütaliənin gücündən yazır;
- "Azərbaycan dialektologiyasi yeni mərhələdə" - Filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərova professor Məhərrəm Məmmədlinin yenicə çapdan çıxmış “Azərbaycan dialektologiyası” kitabını vərəqləyir;
- Vyana görüşü: Bir ildən sonra baş tutan danışıqlar nələrlə yadda qaldı? - Yanaşma
- Namiq Mənanın yeni kitabı təqdim olundu – Sumqayıt Poeziya Evindən reportaj;
- Ankara və İstanbulun yeni bələdiyyə başqanları kimdir? - Dosye;
Müddətli müqavilələrlə işləyən müəllimlər üçün yeni müsabiqəyə başlanılıb - Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov detallara aydınlıq gətirir;
- Şanlı Aprel zəfərindən 3 il ötür - Şərh;
- Vyana görüşü: Ermənistan qeyd-şərtsiz danışıqlar masasına qaytarıldı - Dağlıq Qarabağ münaqişəsinə baxış;
- UNEC-də yeni təhsil mərkəzləri - Təhsil;
- Vyana görüşü: Paşinyanın fiaskosu, Əliyevin qələbəsi - Təhlil;
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə müsabiqəsinin elanı - Şərtlər;
- ən maraqlı mədəniyyət, siyasət, təhsil və iqtisadiyyat xəbərləri;
- və s.
BU ÇƏRŞƏNBƏ KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN!