../img/pics/medium/163266_th6370x2bn.jpg KİVDF qəzetlər arasında müsabiqənin nəticələrini elan etdi
../img/pics/medium/163250_lvb6nxhb7f.jpg Gəncə üsyanı. Qaliblər orden alır... - Müsəllim Həsənovun qeydləri
../img/pics/medium/163236_5p4pxtbhbc.jpg Prezidentin mətbuata diqqətini pandemiya da azalda bilmədi - Məqalə
../img/pics/medium/163217_702l73vgk1.jpg Türkiyə ilə Azərbaycanın ortaq hüznü - İrfan Çiftçi itkisi
SON XƏBƏRLƏR
4 İyul 2020
3 İyul 2020

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - <b style="color:red">Foto </b>

Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatı keçirilib. Azərbaycan 49 ölkədən 1183 (1006 kişi, 177 qadın) idmançının mübarizə apardığı çempionatda 15 idmançı ilə təmsil olunub. Cüdo ustalarımız vətənə 5 qızıl, 1 gümüş və 1 bürünc medalla dönüblər.

Azərbaycan Cüdo Veteranları Assosiasiyasından bu barədə verilən məlumatda bildirilir ki, yığma komandaya ilk qızıl medalı M-7 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində tatami üzərinə çıxan Fərhad Rəcəbli qazandırıb. Bu, 60 yaşını Mərakeş Krallığında qeyd edən usta cüdoçumuzun veteranlar arasında dünya çempionatları tarixində sayca 9-cu qızıl medalıdır. Onu da xatırladaq ki, Fərhad Rəcəbli veteranlardan ibarət yığma komandamızın baş məşqçisi, həmçinin usta cüdoçular arasında Avropa çempionatının yeddiqat qalibidir.

Komandamıza digər qızıl medalları isə Məmməd Məmmədov (M-1, 73 kq), Mübariz Cəfərov (M-4, 81 kq), Rəsul Səlimov (M-2, 90 kq) və Elxan Rəcəbli (M-2, 100 kq) qazandırıblar.

M-2 kateqoriyasında 66 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev isə yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüb.

Veteranlar arasında ikiqat dünya çempionu Müşfiq Cəfərov (M-5, 73 kq) isə bu dəfə bürünc medalla kifayətlənib.

İdmançılarımızdan Vüsal Cəfərov (M-2, 90 kq) çempionatı beşinci yerdə, Babək Hacıyev (M-3, 60 kq), Yamən Fətiyev və Azər Əsgərov (hər ikisi M-5, 100 kq) yeddici pillədə başa çatdırlıblar.

Dünya çempionatında 7 medal qazanan usta cüdoçularımız bu nəticə ilə ümumi komanda hesabında beşinci yeri tutublar. Ayrılıqda kişilərin yarışında isə Azərbaycan komandası Fransa və Rusiya komandalarından sonra üçüncü olub.

Qeyd edək ki, dünya çempionatında iştirakı Azərbaycan Cüdo Veteranları Assosiasiyası tərəfindən təmin edilən ustalarımız yarışlara “Judo Club 2012” idman klubunda hazırlaşırlar.


 

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Şəkil sayı: 9

 
Bölmənin digər xəbərləri
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.