https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
8 May 2024

"Partizan"ın qapıçısı: "Neftçi" təhlükəli rəqibdir"

"Partizan"ın qapıçısı: "Neftçi" təhlükəli rəqibdir"

"Partizan" uzun müddət idi ki, superliqada ardıcıl iki səfər matçına çıxmırdı. Ancaq bu mövsüm iki səfər matçında qələbə qazanmağı bacardıq. İndi qarşıda "Neftçi" ilə iki vacib oyunumuz var".

Qol.Az-ın məlumatına görə, "Partizan" klubunun qapıçısı Milan Lukaç Serbiya mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah qarşılaşacaqları "Neftçi" ilə oyun haqda danışan serbiyalı qolkiper rəqibin təhküləli komanda olduğunu bildirib:

"Çempionlar Liqasında "Ludoqorets"lə oyundan öncə ən azı Avroliqanın qrup mərhələsinə vəsiqəni təmin etmək istəyirdik. Ancaq bu baş tutmadı. İndi bunu "Neftçi" ilə oyunda bacarmaq istəyirik. Rəqibin nə qədər təhlükəli olduğunu bilirik. Lakib öz gücümüzə də inanırıq. Uğur qazanacağımıza inanıram. Bunun üçün ilk oyunda daha çox qol vurmalıyıq. "Neftçi" ilə oyunda güclü azarkeşlər dəstəyinə ehtiyacımız olacaq".

Qeyd edək ki, sabah Serbiyada keçiriləcək "Partizan" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.