|
|
|
|
Mayın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələri bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub.
Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, insident nəticəsində xəsarət alan olmayıb. Kənd təsərrüfatı texnikasına ziyan dəyib.