Şimali Koreya lideri Kim Çen In əsgərlərə əlavə yemək vermək barədə göstəriş verən general-leytenant Xön Çu Sonu güllələmək barədə əmr verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar Pxenyandakı hərbi akademiyalardan birinin ərazisində icra olunub. Xön Çu Sonu “səlahiyyətləri aşmaq”, “düşmənə yardım” və “antipartiya fəaliyyəti” ittihamları irəli sürülüb.
Qeyd olunur ki, general Soxe raketdromu yaxınlığında yerləşən hərbi qulluqçulara əlavə 1 ton yanacaq, 580 kiloqram düyü və 750 kiloqram qarğıdalı göndərilməsi barədə göstəriş verib.
Bundan xəbər tutan Kim Çen Inın qəzəbləndiyi bildirilir.