https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Ehtiramla xatırlanmaq - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2024-05/312217_m26smajz6j.jpg Şəhid şair Kamal Ömər bəy -  Kərkük ədəbiyyatı
search
2 May 2024

Cüdoçumuz Argentinada Yeniyetmələrin Olimpiya Oyunlarının çempionu oldu

Cüdoçumuz Argentinada Yeniyetmələrin Olimpiya Oyunlarının çempionu oldu

Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib.

525.az-ın Azərbaycan Cüdo Federassiyasına istinadən verdiyi məlumata əsasən, bu mötəbər yarışda ölkəmizi təmsil edən yeniyetmə cüdoçumuz Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək tarix yazıb.

66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Yəmən, Tacikistan, Domimikan Respublikası və Rusiya idmançılarını məğlub edərək Olimpiya Oyunlarının qızıl medalını qazanıb. Vüqar Talıbova Olimpiadanın qızıl medalı təqdim olunub və onun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib.

Digər təmsilçimiz Vüsalə Kərimova qızların yarışında 44 kq çəki dərəcəsində 7-ci yeri tutub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.