|
|
|
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidməti təyyarəsinə pilotluq edən Sərdar Halil Girgin yol-nəqliyyat hadisəsində həlak olub.
AzərTAc xəbər verir ki, o, Zonguldakın Erəğli rayonunda idarə etdiyi motosikletlə qəzaya uğrayıb.
S.H.Girgin 2013-cü ildə Sankt-Peterburq-Buenos-Ayres reysi ilə 16 saat fasiləsiz uçuş edib.
“Boeing 777” təyyarəsi ilə həyata keçirilən bu səfər Türk Hava Yollarının tarixində ən uzunmüddətli uçuş kimi rekord qazanıb.