Abşeron rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı biri Rusiya vətəndaşı olmaqla 2 nəfər ölüb, bir nəfər yaralanıb.
525.az-ın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da saat 05.10 radələrində Abşeron rayonu Çaylı kəndinin ərazisində Göyçay rayon sakini Anar Rəcəbovun idarə etdiyi "VAZ-21099" markalı və Abşeron rayon sakini Eldəniz Behbudovun idarə etdiyi "VAZ-2103" markalı avtomaşınlar toqquşub.
Nəticədə Anar Rəcəbovun sərnişinlərindən Göyçay rayon sakini Cahandar Məmmədov hadisə yerində, digər sərnişini, Rusiya Federasiyası vətəndaşı İradə Yaqubi xəstəxanada ölüb. Xəsarət almış Eldəniz Behbudov isə xəstəxanaya yerləşdirilib.