|
|
|
|
Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə ödənişli seçkiqabağı təşviqata qoşulan KİV-lər məlum olub.
APA-nın Mrəkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi məlumata görə, ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün 30 agentlik və sayt, 9 qəzet və bir televiziya müraciət edərək qeydiyyatdan keçib.
Ödənişli təşviqatda telekanallardan yalnız İctimai Televiziya və Radio Yayımları Şirkəti iştirak edəcək. Özəl telekanallar ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün müraciət etməyib.