|
|
|
|
ABŞ-ın qabaqcıl telekommunikasiya şirkəti olan "Apple" koronavirusun yeni növünün yayılması ilə əlaqədar Çinin materik hissəsindəki bütün mağazalarının fəaliyyətini fevralın 9-dək müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.
AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, “Apple”ın məsələ ilə əlaqədar bəyanatında şirkətin Çində epidemik şəraitin ən qısa zamanda yaxşılaşmasını və bununla da mağazalarının fəaliyyətinin bərpasını səbirsizliklə gözlədiyi bildirilir.
“Apple” ötən bir neçə gün ərzində Çindəki 3 mağazasının fəaliyyətini dayandırmışdı. Bundan başqa, “Starbucks”, “McDonald's” kimi iri şirkətlər də Çindəki kafelərinin fəaliyyətini dayandırıb. Həmin şirkətlər Çində vəziyyətin normallaşmasından və Çin yeni ili ilə əlaqədar bayram tətilinin başa çatmasından sonra bizneslərinin bərpa ediləcəyini açıqlayıblar.