|
|
|
|
Tərtərin Səhləbad kəndində fosforlu mərmi aşkarlanıb.
525.az APA-nın Qarabağ bürosuna istinadən əldə etdiyi məlumatına görə, ANAMA-nın əməkdaşları tərəfindən aşkarladığı 122 mm mərminin içərisində 3 kq 800 qram ağ fosfor və baqa qatqılar olub.
Partlamamış sursat zədə aldığından sızıntı aşkarlanıb. ANAMA-nın əməkdaşları baş verən sızıntının qarşısını alıb.
Fosforlu mərmi təhlükəsiz əraziyə aparılaraq zərəsizləşdiriləcək.