|
|
|
|
GUAM-ın Baş Katibliyi Şuşanın azad olunması münasibətilə Azərbaycanı təbrik edib.
525.az-ın xəbərinə görə, bu barədə təşkilatın rəsmi “Twitter” səhifəsində qeyd olunub.
“28 il 6 aylıq işğaldan sonra 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad olunması münasibətilə Azərbaycan Respublikasını təbrik edirik! Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün tam və sürətlə bərpa olunmasını diləyirik!”, - deyə təbrikdə bildirilib.