AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Vüqar Əhməd "Çimkənt - MDB-nin mədəniyyət paytaxtı-2020" proqramının təsis etdiyi diplomla təltif olunub.
525.az xəbər verir ki, "Çimkənt - MDB-nin mədəniyyət paytaxtı-2020" proqramı çərçivəsində Qazaxıstanın Çimkənt şəhərində böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş "Abay sözü" onlayn-oxuları keçirilib.
Tədbirdə MDB və digər xarici ölkələrdən 253 nümayəndə canlı və onlayn olaraq iştirak edib.
Azərbaycandan qatılan professor Vüqar Əhmədin onlayn-oxulardakı məruzəsi maraqla qarşılanıb və o, diplomla təltif edilib.
Qeyd edək ki, Birliyin 2021-ci il Mədəniyyət Paytaxtının fəxri estafeti Düşənbə (Tacikistan Respublikası) şəhərinə təhvil verilib.