https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
search
3 May 2024
2 May 2024

Xarici bukmeykerlər azərbaycanlıların pulunu necə oğurlayır? - III yazı

Xarici bukmeykerlər azərbaycanlıların pulunu necə oğurlayır? - III yazı

İngiltərədən niyə qovulublar?

Ötən yay İngiltərədə "1xBet"in fəaliyyəti ilə bağlı qopan qalmaqal bu gün də səngiməyib. "Çelsi", "Liverpul" və "Tottenhem" kimi klublarla əməkdaşlığa başlamaq üzrə olan şirkətin qanunsuz əməlləri tarixən mühafizəkarlığa meyilli Böyük Britaniya krallığını sarsıtdı, dərhal ictimai etirazlar başladı və "1xBet"in fəaliyyəti yasaqlandı. "Sunday Times" qəzetinin araşdırması bir çox acınacaqlı məqamları üzə çıxardı. Söhbət ilk növbədə müştərilərin aldadılmasından, uşaq idmanı üçün pul qəbulundan, porno və zorakılıq ilə bağlı gizli linkləri istifadəçilərin telefonlarına yükləməkdən, onların telefonlarındakı bütün məlumat və yazışmaların, şəkillərin ələ keçirilməsindən gedir. Deməli, İngiltərədə mobil telefon istifadəçiləri "1xBet"dən istifadə etdiyi halda porno və piratlıq ilə bağlı yasaq saytlar da avtomatik həmin şəxsin telefonuna yüklənirdi. Bir sözlə, "1xBet" kompüter quldurluğuna başlamış, yuxarıda adı çəkilən klubları isə özünə "çətir tutmuşdu". Şirkətin natəmiz imicini bu klublar təmizləməliydi ki, İngiltərə ictimaiyyəti buna imkan vermədi. Şirkətinin fəaliyyətinin qadağan olunması bir yana, premyer-liqa klubları böyük miqdarda cərimə ödəməyə də məcbur oldu. Kiprdə qeydiyyatdan keçən, Kuraçaoda lisenziya alan "1xBet"in Britaniyadakı fəaliyyəti, demək olar ki, başlamamış bitdi. Bu məsələni tənzimləyən dövlət qurumu - Ehtiraslı Oyunlar üzrə Komissiya klubları cərimələməklə yanaşı, həbs cəzasına əl atacağını da gizlətmədi. Belədə "Tottenhem" dərhal müqaviləni ləğv etdi, qalan klublar da "1xBet"i tərəfdaşları siyahısından çıxardı. Araşdırma zamanı qeyri-leqal fəaliyyət göstərən, əsasən porno məzmunlu material yayan 4000-dən artıq saytda "1xBet"in reklamı aşkarlandı. 

Ermənilərə sponsorluq edirlər!

Bütün bu sadalanan məqamlardan sonra çox maraqlı, eyni zamanda düşündürücü sual doğur: qurulduğu Rusiyada təqib olunan, fəaliyyəti yasaqlanan bukmeyker kontorları nədən belə həvəslə Azərbaycan can atırlar? Əvvəlki yazılarda bu kontorların dövlət büdcəsinə qəpik də ödəmədən azərbaycanlıların külli miqdarda pulunun "arxasına keçdiyini" vurğuladıq. Amma bu milli faciəmizin, Azərbaycanın dövlət maraqlarının ayaqlar altına atılmasının yalnız üst qatı, görünən hissəsidi. Acı gerçəklik isə budu ki, "1xBet" və "Mostbet" erməni diasporunun uyuşdurucu (narkotik), qadın/seks ticarətindən qazandığı pulları "ağlamaq" üçün yaratdığı sistemdi. Adı çəkilən bukmeyker kontorlarının hədəfi budu ki, Azərbaycanda vergi ödəmədən qazanc əldə edib, Ermənistana yardım edə bilsinlər. Azərbaycanda "Mostbet" və "1xBet" üzərindən oynanılan hər mərc, hər qəpik cəbhədə əsgər-zabitlərimizin, cəbhəyanı bölgələrdə isə mülki vətəndaşlarımızın üzərinə güllə və mərmi şəklində geri qayıdır. Çox əcaib cinayət şəbəkəsi Azərbaycanın, azərbaycanlıların milli təhlükəsizliyini təhdid altına alıb. Bizdəki saytlara, mərc edən uşaqlara bonus bəhanəsiylə ciddi pul ödənişləri etdiklərindən (yuxarıda bu fırıldağın mexanizmini açıqladıq) heç kim bu təhlükənin fərqində deyil. Hər kəs öz cibinə girən pula baxır. Amma unudurlar ki, qazandıqları hər qəpik erməni diasporuna gedir. "1xBet" və "Mostbet" kimi erməni-yunan dəstəkli şəbəkələrdə mərc edən hər bir azərbaycanlı gənc cəbhədəki qardaşını vurmaq üçün erməniyə güllə alır.

Mənəvi kateqoriyalar öz yerində, amma ölkəmizdə qeyri-qanuni bukmeyker fəaliyyəti ilə məşğul olan belə şirkətlərin fəaliyyətini yasaqlayan müvafiq qanunvericilik aktları, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 25 oktyabr 2016-cı ildə imzaladığı 1086 saylı fərman var. Həmin fərmanda Daxili İşlər, Vergilər, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə konkret vəzifələr qoyulub ki, növbəti yazıda məhz bu haqda danışacağıq ("Futbol+" qəzeti).

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.