https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Alessandro Safina Bakıda konsert verdi- Fotolar

Alessandro Safina Bakıda konsert verdi- Fotolar

İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi, tenor Alessandro Safina fevralın 21-də Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edib.

Axşam.az xəbər verir ki, məşhur ifaçını Belarus Respublikası Prezident Orkestrinin bədii rəhbəri və baş dirijoru Viktor Babarikinin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

A.Safina Bakıda təşkil olunan ilk konsertində tamaşaçılara unudulmaz anlar yaşadıb. İki saatlıq proqramda azərbaycanlı pərəstişkarları üçün ifa etdiyi “Luna”,“Incanto”, “Memories”, “Luna”, “Besame Mucho”, “La Nave Va”, “Al Di La” və digər məşhur mahnıları gurultulu alqışlarla qarşılanıb.

A.Safina çıxışında bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir və Bakının möhtəşəmliyinə, gözəlliyinə valeh olub. Məşhur ifaçı azərbaycanlıların çox qonaqpərvər olduqlarını qeyd edərək, audutoriyanın ona xüsusi zövq verdiyini bildirib.

Konsertin sonunda tamaşaçıların alqış sədaları altında bir neçə dəfə səhnəyə qayıdan ifaçı məşhur “Luna” mahnısını yenidən ifa edib.



Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.