Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili üç məhkəmə instansiyası tərəfindən təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.
525.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, məhkəmə qərarlarının icrası üçün sabiq dövlət başçısı müvafiq penitensiar müəssisəyə köçürülüb. M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi faktı ilə bağlı araşdırmalar aparılır.
Qeyd olunub ki, Valeria Gelaşvili və Sandro Qirqvlianiyə qarşı fikizi zorakılıq tətbiq etməsi müəyyən edilən M.Saakaşviliyə hər üç instansiya məhkəməsi tərəfindən həbs cəzası verilib və qərarın appelyasiyası mümkün deyil.